Həsən bəy Zərdabi Muzeyində Xocalı qurbanları anılıb

0
51

Həsən bəy Zərdabi Muzeyində Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar “Yaralı Azərbaycana daşan qan gölü” adlı tədbir təşkil edilib. Zerdab.com saytı xəbər verir ki, tədbirdə öncə Xocalı faciəsi qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş sözü ilə H. B. Zərdabi Muzeyinin direktoru Vəfa Bayramova açaraq qeyd edib ki, Xocalı soyqırımı – xalqımızın qan yaddaşının ən dəhşətli səhifəsidir. Xocalı soyqırımının törədilməsindən 26 il keçir: “Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir”.

Tədbirdə muzeyin əməkdaşları T. Qurbanovanın, L. Eldarzadənin, L. Əliyevanın Xocalı faciəsi ilə bağlı çıxışları, Mübariz Umarovun Xocalı faciəsinə həsr etdiyi şeiri dinlənilib. Qonaqlardan Ə. Əliyev, E. Məmmədova, T. Xəlilov və başqaları çıxış ediblər. Sonda tədbir iştirakçıları Həsən Bəy Zərdabi muzeyində Xocalı faciəsinə həsr edilmiş sərgi ilə tanış olublar.

Hesen bey Zerdabi Muzeyi - Zerdab1

Hesen bey Zerdabi Muzeyi - Zerdab2Hesen bey Zerdabi Muzeyi - ZerdabHesen bey Zerdabi Muzeyi - Zerdab