Səhiyyə naziri Zərdabda vətəndaşları qəbul edib

0
53

Ölkə başçısı İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq bölgələrdə vətəndaşların qəbulu qurum rəhbərləri tərəfindən davam etdirilir. Zerdab.com xəbər verir ki, şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq 05.01.2018-ci il tarixində Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev 11:00-dan etibarən Zərdab rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edib.

Qəbula müraciət etmiş Zərdab, Ağsu, Ucar, Ağdaş, Kürdəmirdən olan sakinləri öz müraciətləri, şikayət, təklif və fikirlərini nazirə bildiriblər.

Qəbula gələn müraciətdə qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerindəcə həllini tapıb.

Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.