Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Zərdabda valideyn himayəsindən məhrum olmuş, hər iki valideynini itirmiş uşaqlarla və onların himayədarları ilə görüş keçirilib. Zerdab.com xəbər verir ki, İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev görüşdə çıxış edib. Uşaqlara bayram sovqatları və maddi yardımlar verilib.