DİM Zərdabda monitorinq imtahanı keçirib

0
52

Dövlət İmtahan Mərkəzi (DİM) 14-15 dekabrda respublikanın 38 şəhər və rayonunda ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanları keçirib.

DİM-in mətbuat xidmətindən verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün Mərkəzdə operativ qərargah fəaliyyət göstərib, mütəmadi olaraq imtahan keçirilən mərkəzlərlə əlaqə saxlanılıb.

İmtahan bütün mərkəzlərdə təlimata uyğun həyata keçirilib.

DİM-dən o da bildirilib ki, monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, yeni təhsil proqramlarının (kurikulumların) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Qeyd edək ki, monitorinq imtahanı Zərdabda da keçirilib.