Zərdablı fermerlərin nəzərinə!

0
50

Kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən xidmətlərin qiymətləri açıqlanıb. Hazırda kənd təsərrüfatı məhsullarının becərilməsi, bitkilərə aqrotexniki qulluğun göstərilməsi, məhsulun vaxtında və itkisiz yığılması, mal-qara üçün yem ehtiyatının yaradılması və s. sahələrdə işlərin intensiv aparıldığı vaxtdır. www.zerdab.com saytına İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, aqrotexniki xidmətlərə tələbatın artmasını nəzərə alaraq, “Aqrolizinq” ASC-nin qurumları vasitəsilə kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərilən xidmətlərin qiymətləri fermerlərin nəzərinə çatdırılır:

1 hektar sahədən taxıl biçini – 27 manat;
1 hektar yem bitkilərinin özüyeriyən otbiçənlə biçilməsi – 22 manat;
1 hektar yem bitkilərinin rotorlu otbiçənlə biçilməsi – 14 manat;
Otun, küləşin (1000 ədəd kipi bir gündə) preslənməsi – 100 manat;
1 hektar sahəyə dənli bitkilər toxumunun səpin işləri – 10 manat;
1 hektar şumun 22-27 sm dərinlikdə (orta müqavimətli torpaq)
aparılması – 25 manat;
1 hektar suvarılan və bərk torpaqda 27 sm-dən dərin şum işi – 27 manat;
1 hektar dəmyə və yumşaq torpaqda 22-32 sm dərinlikdə şum işi – 24 manat;
1 hektar sahənin rotasiyon mala ilə şumlanması – 16 manat;
Çalaqazanın bir gündəki iş norması (120 çala/gün) üçün – 60 manat;
Cərgələrarası becərmədə kultivasiya işləri – 10 manat;
1 hektar sahəyə qollu çiləyici ilə dərman çilənməsi – 10 manat;
1 hektar sahəyə ventilyatorlu çiləyici ilə dərman çilənməsi – 12 manat
1 hektar sahəyə çiyid (pambıq) əkini işləri – 12 manat;
1 hektar sahədən pambıq yığımı – 60 manat;
1 hektar sahədən çuğundur çıxarılması – 60 manat;
1 hektar sahəyə kartofun basdırılması – 50 manat;
1 hektar sahədən kartof çıxarılması – 40 manat.
1 hektar sahəyə diskli mala çəkilməsi – 8 manat;
Səpinqabağı hamarlama işləri – 7,5 manat;
1 hektar sahəyə mineral gübrə verilməsi – 8 manat.

www.zerdab.com