Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən noyabr 24-də Zərdab şəhərində, Zərdab Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında, saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. Zerdab.com xəbər verir ki, qəbulda yalnız Zərdab, Ucar, Göyçay, Kürdəmir rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşların qeydiyyatı Zərdab Rayon Dovlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında 23 noyabr 2017-ci il tarixində saat 09.00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14