Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gəncliyə dəstək” İctimai Birliyinin həyata keçirdiyi “İslam həmrəyliyində gənclər hərəkatı” layihəsi çərçivəsində Zərdab rayonunun Məlikli kəndində kənd orta məktəbində növbəti tədbir keçirilib. Zerdab.com saytına verilən məlumata görə, tədbirdə “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov, layihənin təlimçisi Babək Mikayılov, Zərdab rayon Gənclər və İdman idarəsinin baş məsləhərçisi Ələkbər Kərimov və Məlikli kənd tam orta məktəbin direktoru Zöhrab müəllim tərəfindən “İslam həmrəyliyində gənclər hərəkatı” mövzusunda çıxışlar edilib və “İslam Həmrəyliyi İli” elan olunmasının əhəmiyyəti haqqında söhbət açılıb, son dövrlər bu istiqamətdə aparılan dövlət siyasətindən, radikal dini cəryanlardan, ictimai qınaq mexanizmlərindən, gənclər arasında bu kimi maarifləndirmə işlərinin aparılmasının önəmindən danışılıb.