Zərdablı polkovnik, aprel döyüşlərinin qəhrəmanı Elşən Qarayevə həsr olunur.
Gözlərim önündə igid, qəhrəman,
Baxıram Elşənə – ellər oğluna.
Döyüşüb verməyib düşmənə aman,
Vətəni çox sevir, bağlıdır ona.
Elşən gərəklidir Azərbaycana.
***
Elə ilk döyüşü uğurlu olub
Vuruşub, düşməni qorxuya salıb
Döyüşdə fərqlənib təşəkkür alıb
Anasının südü halaldır ona
Elşən gərəklidir Azərbaycana
***
Dağların qoynunda istehkam qurdu,
Vətən keşiyində kişi tək durdu.
Qudurğan dığanı odda qovurdu
Doğma Azərbaycan vətəndir ona
Elşən gərəklidir Azərbaycana.
***
Hücuma keçəndə öndə gedibdi,
Düşməni sağ tutub,dil gətiribdi.
Çətində yoldaşa əl yetiribdi,
Allah da hər zaman dayaqdır ona,
Elşən gərəklidir Azərbaycana.
***
Qorxu yox canında, şir ürəklidir.
Tükənməz var gücü, zor biləklidir
Palkovnik leytnant el istəklidir
Ordenlər döşündə layiqdir ona
Elşən gərəklidir Azərbaycana.
***
Düşmənlər yerdəydi bircə həmlədə
Aprel döyüşündə Lələtəpədə
Elşən vuruşurdu bayraq əlində
Bu hünər, cəsarət, şöhrətdir ona
Elşən gərəklidir Azərbaycana.
***
Arzusu çin oldu qalxdı təpəyə
Əldəki bayrağı taxdı zirvəyə
Tuş gəldi minadan çıxan qəlpəyə,
Qoydu sağ ayağın, şərəfdir ona
Elşən gərəklidir Azərbaycana.
***
Düşməyib heç ruhdan, niyyətindədir,
Vətənə sədaqət xidmətindədir.
Hazırdır, döyüşmək qüdrətindədir
Vicdanı, qeyrəti hakimdir ona,
Elşən gərəklidir Azərbaycana.
***
Əlniyyət, bağçamdan güllər dərərəm,
Güllərdən yoluna xalı sərərəm.
İstəsə canımı, sözsüz verərəm,
Dövlətim, sərvətim qurbandır ona,
Elşən gərəklidir Azərbaycana.
Əliyev Əlniyyət, Zərdab Rayon Mədəniyyət Mərkəzinin işçisi.