Şıxbağı kəndi Zərdab şəhərindən 15 kilometr cənub-şərqdə, Zərdab-Mollakənd yolunun yaxınlığında, Kür çayının sahilində yerləşir. Kənddə heyvandarlıq, taxılçılıq, yemçilik, quşçuluq, meyvəçilik, pambıqçılıq, baramaçılıq, bostançılıq və s. inkişaf etmişdir. Kənddə İcra Nümayəndəliyi, bələdiyyə, orta məktəb, klub, kitabxana, xidmət obyektləri və s. var. Adından da göründüyü kimi, kəndin adı şıx və bağ sözlərinin birləşməsindən yaranmışdır. Şeyx sözünün el arasında şıx formasına keçməsinin nəticəsində şeyxə məxsus bağ mənasını ifadə edən ad Şıxbağı şəklində tarixə düşmüşdür. Məlumdur ki, şeyx sözü həm dini tituldur, həm də ərəb dilində ağsaqqal, pirani mənasını verir. Sakinlərin dediyinə görə, bu kənd şeyx dini titulu olan hörmətli bir şəxsin bağ sahəsində salındığından belə adlandırılmışdır. Kəndin tarixinin 1800-cü illərdən başlandığı deyilir. O zaman kənddə 21 ailə məskunlaşıbmış. Şıxbağında məşhur balıq vətəgəsi olmuş, bu vətəgə 1926-cı ildə bağlanmışdır.
Ərazisi 809,63 hektar.
Əhalisi 240 nəfər.
Shixbagi cox qedim ve gozel kenddir.
Comments are closed.