Jurnalist Nicat İsmayılovun hekayəsi 10-cu sinif dərsliyə salınıb FOTOLAR

0
56865

Əslən Zərdab rayonunun Qoruqbağı kəndindən olan jurnalist Nicat İsmayılovun “Əsir ağacın hekayəti” adlı hekayəsi 10-cu sinif “Azərbaycan dili” dərsliyinə salınıb. Zerdab.com saytının məlumatına görə, dərsliyin müəllifləri Tofiq Hacıyev, Samirə Bektaşi, Yeganə Hüseynovadır.

Hekayə Zərdab rayonunun Qoruqbağı kəndindən Kəlbəcər rayonuna aparılıb əkilən çinar ağacları və onları aparıb əkən Məhəmməd dayının köçkünlük həyatı barədədir.

Dərslikdə hekayə ilə yanaşı, onun məzmun və mahiyyətini əks etdirən çoxsaylı suallar, çalışmalar da 10-cu sinif şagirdlərinə ünvanlanıb.

Onu da əlavə edək ki, həmin hekayə 2008-ci ildə Azərbaycan Mətbuat Şurası və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin jurnalistlər arasında keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim olunmuş və mükafa layiq görülmüşdü.

Qoruqbagi kəndi

Qoruqbagi kəndi