Zərdabda növbəti təlim – FOTO

0
56

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “İctimai nəzarətin təşviqində gənclərin rolunun artırılması məqsədi ilə tədbirlərin təşkili” layihəsinin icra planına müvafiq olaraq 9 sentyabr 2017-ci il tarixdə Zərdab rayonununda təlim təşkil edilib. Layihə rəhbəri, “Gəncliyə dəstək” İctimai Birliyinin sədri Eldar Xəlilov təşkilat, donor və layihə barədə məlumat verərək, layihənin əhəmiyyətindən danışıb. Qeyd olunub ki, layihə çərçivəsində 19 avqust 2017-ci il tarixdə layihənin təqdimatı, 26-27 avqust 2017-ci il tarixlərdə Zərdab rayonunun Gəlmə, Salahlı və Dəkkəoba kəndlərində yerli icra və özünüidarəetmə orqanlarının iştirakı ilə gənclərlə görüşlər keçirilib. Sonra layihənin təlimçisi Babək Mikayılov tərəfindən təlim iştirakçılarına izah olunub ki, “İctimai iştirakçılıq haqqında” qanuna müvafiq olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarında ictimai şuraların yaradılması, ictimai nəzarətin və şəffaflığın təşviqi ölkəmizin inkişafına dəstək və aparılan islahatlara töhvə verə bilər. Təlimdə gündəliyə müvafiq olaraq qiymətləndirmə və qrup işi aparılıb.