Zərdab rayon Mərkəzi Kitabxanasında Milli Mətbuat Günü ilə bağlı tədbir olub – FOTOLAR

0
40

Zərdab rayon Mərkəzi Kitabxanasında “Əkinçi” qəzetinin 142-ci ildönümü və 22 iyul Milli Mətbuat Günü münasibətilə “Milli Mətbuat həyatımızın güzgüsüdür” adlı tədbir təşkil edilib. Zerdab.com saytına verilən məlumata görə, tədbirdə Zərdab rayon MKS-nin direktoru Nailə Əliyeva Milli Mətbuatımızın yaranma tarixi və bu günü haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, bu günkü həyatımızda mətbuat çox mühüm rol oynayır. Hazırda ölkəmizdə informasiya texnologiyanın inkişafı Azərbaycan mətbuatının qlobal informasiya şəbəkəsinə çevrilib. Azərbaycanda da Mətbuat Şurası yaradılıb və “Mətbuat haqqında” Qanun qəbul edilib.

Mərkəzi Kitabxananın Metodika və Biblioqrafiya şöbəsinin müdiri Gülzar Qasımova çıxış edərək bildirib ki, Milli Mətbuatımızın təbliği ilə əlaqədar “Əkinçi-142” – 22 iyul Milli Mətbuat Günü başlıqlı Metodiki vəsait hazırlayıb MKS-nin bütün filiallarına göndərilib və Milli Mətbuat Günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Mərkəzi Kitabxananın Oxuculara Xidmət şöbəsinin müdiri Mehparə Səfərəliyeva da Milli Mətbuatımızın görkəmli yaradıcısı və banisi Həsən bəy Zərdabinin əməyindən, mətbuatımızın indiki dövrdə iqtisadi və siyasi yönümlərdə fəaliyyətindən bəhs edib.

Mərkəzi Kitabxananın İnformasiya-Resurs şöbəsinin müdiri Rəqibə Qasımova milli mətbuatımız haqqında öz fikirlərini söyləyərək bildirib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra mətbuat sahəsində də köklü dəyişikliklər olub. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda yüzlərlə mətbu orqan fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Əkinçi”nin nəşrə başladığı gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd edilir.

 Mərkəzi Kitabxananın İnformasiya-Resurs şöbəsinin müdiri Rəqibə Qasımova

Zerdab rayonu

Zerdab rayonu

Zerdab rayonu