Sahibkarlıq fəaliyyəti ilə məşğul olan və olmaq istəyən gənclərə hüquqi dəstəyin verilməsi məqsədi ilə “Gənc sahibkarların inkişaf etmiş ölkələrin təcrübələrini öyrənmələri” adlı layihənin icrası həyata keçirilib. “Zerdab.com” saytına verilən məlumata görə, layihənin icrası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyi tərəfindən gerçəkləşdirilib.
Layihə çərçivəsində gənc sahibkarlara inkişaf etmiş ölkələrin təcrübələrinin öyrədilməsi məqsədilə təlim kursları təşkil edilib, eyni zamanda müasir sahibkarlıq növləri, xüsusilə də İnformasiya Kommunikasiya Texnologiyaları sahəsində tətbiq edilən yeniliklər araşdırılıb onlara çatdırılıb, gənclər üçün müxtəlif seminarlar, təlimlər və görüşlər təşkil edilib. Gənc sahibkarların inkişaf etmiş ölkələrin təcrübələrindən yararlanmaları üçün sözügedən ölkələrin təcrübələri ilə bağlı əyani vəsatilər hazırlanıb təlim zamanı gənclərə çatdırılıb, həmçinin gənclərin iqtisadi fəaliyyətlə məşğul olmaları üçün layihənin təşkil edildiyi Zərdab rayonunun imkanlarına uyğun biznes sahələri ilə bağlı araşdırılmalar aparılaraq nəticələri gənclərə elan edilib. Gənclər biznesə başlamaq üçün əlverişli sahələr, o cümlədən Azərbaycan Respublikasının iqtisadiyyatla bağlı qanunvericiliyi ilə hərtərəfli məlumatlandırılıblar.