Zərdab rayonunda barama təhvili davam edir.
Ötən il cəmi 5710 kiloqram barama yetişdirən kümçülər cari mövsümdə “Şəki-İpək” ASC-yə artıq bu günədək nəzərdə tutulan 24 tondan da çox barama təhvil veriblər.
Qeyd edək ki, bu il Zərdab kümçülərinə 480 qutu (9249 qram) inkubasiya olunan ipəkqurdu toxumu paylanmışdı. Rayonun demək olar ki, bütün ərazi vahidlərində, xüsusən Əlibəyli, Əlvənd, Şahhüseyinli, Şıxbağı, Yuxarı Seyidlər və bir sıra digər yerlərdə kümçülər daha yüksək nəticələrə nail olublar.