Zərdabda hər hektardan 26 sentnerdən çox arpa götürülür

0
55

Zərdab rayonunda taxıl biçini kampaniyasına mütəşəkkil hazırlıqla başlanılıb.

Rayon icra hakimiyyətindən bildirilib ki, bir neçə gündür kombaynlar sahələrə çıxarılıb və qısa vaxtda 824 hektar arpa zəmisi biçilib. Hələlik hər hektardan orta məhsuldarlıq 26 sentnerdən çoxdur. Bir sıra ərazi vahidlərində, o cümlədən Çallı, Bəyimli, Alıbəylidə sahibkarlar zəmilərin hər hektarından 28-30 sentner arpa götürürlər.

Qeyd edək ki, cari mövsümdə Zərdabda 19 min 753,5 hektarda taxıl yetişdirilib. Bunun 13,1 min hektarı buğda, qalanı isə arpadır. Taxılçılar bu il 55 min tondan çox məhsul istehsal etmək əzmindədirlər. Hazırda rayonda bütün qüvvələr bu mühüm strateji məhsulun tez və itkisiz toplanmasına səfərbər edilib.