Xeyli müddətdir müxtəlif şəxslərdən Zerdab.com saytının Zərdab rayonunda müxbirinin olub-olmaması barədə bir çox suallar alırıq. Xüsusən, saytımızın “facebook” səhifəsinə bununla bağlı suallar göndərilir. Hər bir suala ayrılıqda cavab verməkdənsə, məsələyə ümumi münasibət bildirmək qərarına gəldik.
Zerdab.com olaraq bildiririk ki, saytımızın (həmçinin Zerdab.com səhifəsinin) Zərdab rayonunda müxbiri yoxdur və heç kimə belə bir səlahiyyət verilməyib. Bəli, saytımızın emailinə və ya səhifəmizə müxtəlif yazılar, fotolar göndərilir və biz də təmənnasız olaraq bunları yayımlayır, həmyerlilərimizə dəstək olmağa çalışırıq. Ancaq bir daha bildiririk ki, Zerdab.com saytının adından danışmaq səlahiyyəti heç kimə verilməyib, Zərdabda müxbirimiz yoxdur. Zerdab.com saytının adından yalnız və yalnız Nicat İsmayılov və Sevinc Vaqifqızı danışa bilər. Başqa heç kim. Kimin əlavə nə sualı, nə iradı, nə fikri varsa, cavablandırmağa hazırıq. Xahiş edirik, belə bir halla üzləşəndə zəng vurub bizə məlumat verəsiniz.
Hörmətlə, Zerdab.com