Bu günlərdə şad bir xəbər almışıq. Həmyerlimiz – əslən Zərdab rayonundan olan Müsafir Eyvazov İtaliyanın tanınmış universitetlərindən birində magistraturaya qəbul olub.
Ən maraqlısı isə odur ki, Müsafir Eyvazov magistraturaya sənəd verməsi barədə öncədən heç kəsə məlumat verməyib – İtaliyada magistraturaya qəbul olduqdan sonra valideynlərinə sürpriz edib. Müsafirin əmisi Firdovsiz Eyvazovun Zerdab.com saytına verdiyi məlumata görə, həmyerlimiz təhsilini Romada davam etdirəcək.
Kiçik bir xatırlatma edərək onu da qeyd edək ki, Eyvazovlar nəsli rayonumuzda ziyalı bir nəsil kimi tanınır. Bunlardan Firdovsi, Zahir, Zemfira, Ellada, Toğrul Eyvazovları qeyd etmək olar. Təhsilə, elmə böyük maraq göstərən Eyvazovlar nəslinin davamçılarından biri də Müsafir Eyvazovdur. Bu şad xəbər münasibəti ilə Müsafirin əzizlərini, doğmalarını ürəkdən təbrik edir və yeni-yeni uğurlar gözləyirik.