Novruz bayramı ilə əlaqədar Zərdab Rayon İcra Hakimiyyətində kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlarla, o cümlədən aztəminatlı ailələrlə görüş keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev bayram münasibətilə görüş iştirakçılarını təbrik edib, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan insanlara göstərilən dövlət qayğısından danışıb.
Sonda 50-dək aztəminatlı ailəyə bayram sovqatı paylanıb.