Yeni Azərbaycan Partiyasının Zərdab Rayon Təşkilatı üçün yeni, müasir standartlara cavab verən bina tikilir. Bina 2 mərtəbəli olacaq. Hazırda binanın inşaat işləri sürətlə davam etməkdədir. Qeyd edək ki, bina Heydər Əliyev parkında tikilir və sahəsi 282 kvadratmetrdir.