8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Zərdab Rayon İcra Hakimiyyəti YAP rayon təşkilatı ilə birgə bayram toplantısı təşkil edib. Tədbir iştirakçılarını təbrik edən İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev gələcək işlərində onlara uğurlar arzulayıb. Bildirib ki, bu gün cəmiyyətimizdə qadınların normal fəaliyyəti üçün lazımi şərait yaradılıb. Onlar bütün dövlət strukturlarında layiqincə təmsil olunaraq bacarıq və qabiliyyətlərinə uyğun çalışırlar. Qeyd edilib ki, Zərdab əhalisinin 50 faizini qadınlar təşkil edir. Onlardan 20 faizdən çoxu müxtəlif sahələrdə işləyir. Elm, təhsil, mədəniyyət və səhiyyə sahəsində çalışan bir qrup qadın dövlət səviyyəsində fəxri ad və medallara layiq görülüb.
Sonda bir qrup fəal qadınlara Rayon İcra Hakimiyyətinin fəxri fərmanları, qiymətli hədiyyələr verilib, partiya sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim olunub.