2017-ci il yanvarın 1-i vəziyyətinə Zərdab rayonu üzrə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 6185 nəfər olmuş, onlardan 4582 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 1603 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Muzdla işləyənlərin 34,6 faizi təhsil, 19,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 4,7 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 8,4 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 3,1 faizi tikinti, 0,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,0 faizi peşə, elmi və texniki fəaliyyət, 10,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,2 faizi maliyyə və sığorta fəaliyyəti, 8,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2016-cı ilin yanvar-dekabr aylarında rayon üzrə iqtisadiyyatda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 228,3 manat olmuşdur. İqtisadiyyatın elektrik enerjisi, qaz istehsalı, bölüşdürülməsi və təchizatı, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı rayon üzrə orta göstəricidən yüksək olmuşdur.
Zərdab Rayon Statistika İdarəsi