Zərdab sakini Bakıda intihar etdi: cibindən məktub çıxıb

0
59

 

Ötən gün gecə saatlarında Zərdab rayon sakini 33 yaşlı Anar Nazir oğlu Qasımov DYP-nin Ekologiya postunun yaxınlığındakı körpüdən özünü asfalt örtüyünün üstünə ataraq intihar edib.

SalamNews-a daxil olan məlumata görə, ərazidə xidmət aparan Dövlət Yol Polis İdarəsinin əməkdaşları gəncin meyitini avtomobil şosesindən götürüblər və müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Abşeron rayon şöbəsinə aparıblar. Məlum olub ki, Anar Qasımov aldığı küt travmalar nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırmalara başlanılıb. İşi araşdıran prokurorun böyük köməkçisi İbrahim İsmayılzadənin bildirdiyinə görə, Zərdab rayon sakininin cibindən öz xətti ilə yazılan məktub çıxıb. Mərhumun məktubunda qeyd olunub: “ölümümdə heç kimi günahkar görməyin”.