Zərdab rayonunda daha bir önəmli vəzifəyə təyinat olub. Zerdab.com saytının məlumatına görə, Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə Hacıyev Ramo Şahlar oğlu təyin olunub. Ramo Hacıyev buna qədər Zərdab şəhər 2 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
Ramo Hacıyev Zərdabda təhsilin inkişafında, yüzlərlə abituriyentin ali məktəblərə qəbulda yüksək nəticə göstərməsində xidməti olan dəyərli ziyalılardan biridir.
Qeyd edək ki, buna qədər Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini icra edən Lalə Əmirəliyeva bir müddət öncə Zərdab Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Hər iki dəyərli həmyerlimizə bu məsuliyyətli işlərində uğurlar arzulayırıq.
Zerdab.com