Zərdabda payızlıq taxıl əkini davam edir

0
67

Zərdab rayonunda payızlıq taxıl əkini davam edir.

Rayon icra hakimiyyətindən bildiriblər ki, fermerlər, eləcə də fiziki şəxslər tərəfindən Zərdabda artıq 17 min 194 hektarda payızlıq taxıl əkilib. Bundan 6 min 289 hektarı arpa, 10 min 905 hektarı isə buğdadır. Hazırda səpin kampaniyası uğurla davam etdirilir. Ən çox taxıl əkilən Çallı, Alıcanlı, Şıxbağı kənd, Bəyimli qəsəbə ərazilərində səpin daha sürətlə və mütəşəkkil aparılır.

Taxılçılar cari mövsümdə azı 18 min hektarda əkin aparmaq əzmindədirlər.