Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun nəzdindəki Mərkəzi Qan Bankı Zərdabda qanvermə aksiyası keçirib. Zərdab rayon mərkəzi xəstəxanasında keçirilən qanvermə aksiyası talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün nəzərdə tutulub. Aksiyada 109 nəfər könüllü olaraq qan verib.
Zerdab.com