Zərdabda 280 min tut tingi əkiləcək – baramaçılar üçün

0
49

Prezident İlham Əliyevin ölkəmizdə ixracyönümlü məhsulların, o cümlədən baramaçılığın inkişafı ilə bağlı tapşırıqlarına əsasən cari ildən Zərdabda bu sahəyə diqqət və maraq ciddi surətdə artıb. Təbii ki, baramaçılığın inkişafı möhkəm yem bazasından asılıdır və hazırda rayonda yeni tut bağları salınır, köhnə bağlar isə bərpa olunur.

Rayon icra hakimiyyətindən bildiriblər ki, ümumilikdə bu il bölgədə 280 min ədəd tut tinginin əkilməsi nəzərdə tutulub. Artıq əkin aparılacaq sahələrdə şumlama, hamarlama işləri başa çatdırılıb, quyuların qazılması davam etdirilir. Hələlik rayon üzrə 11 min 450 ədəd ting əkilib. Bundan 10 min 400 ədədi Zərdab Regional Meşəsalma Müəssisəsi tərəfindən, 1050-si isə Dəkkoba ərazi vahidlərində əkilib. Rayonda yeni tut bağlarının salınması, habelə köhnə bağların bərpası işləri davam etdirilir.