“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Zərdab və Ucar rayonlarında “Gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi və yerlərdə özünüməşğulluq fəaliyyətinin təşkili ilə əlaqədar maarifləndirilməsi” adlı layihənin icrasına başladı. Bu barədə Zerdab.com-a birliyin sədri Eldar Xəlilov məlumat verib.
Layihənin icra müddəti 3 aydır.
Layihənin məqsədi gənclərin sahibkarlıq fəaliyyətinə təşviq olunması, yerlərdə özünüməşğulluq fəaliyyətinə cəlb olunması və bu mövzuda region gənclərinin geniş və lazımınca maarifləndirilməsi və öyrədilməsindən ibarətdir.
Reallaşdırılması nəzərdə tutulan bu layihə çox əhəmiyyətlidir. Beləki, layihə gənclər arasında sahibkarlıq və özünüməşğulluq fəaliyyətinin təbliğ olunması və biliklərin verilməsi, kiçik biznes quruculuğunda və kənd təsərrüfatının inkişafında gənclərin rolunun artırılmasına xidmət edəcək, bu da onların məşğulluqlarının təmin olunmasına, iqtisadiyyatın inkişafına, yoxsulluğun azaldılmasına və bu istiqamətdə aparılan hökumət siyasətinə töhfə olacaqdır. Layihədə əsasən özünüməşğulluq fəaliyyəti barədə əhalinin və xüsusilə gənclərin məlumatlandırılması aparılacaq, piznes-plan yazmaq bacarıqları öyədiləcəkdir ki, bu da sahibkarlıq fəaliyəti ilə məşğul olmaları üçün özünüməşğulluq fəaliyyətindən yetərincə istifadə etmələrinə şərait yaradacaqdır.
Layihə təklifini dəstəklədiyi üçün “Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna öz minnətdarlığını bildirir.
Zerdab.com