İslam Həmrəyliyi Oyunları ilə bağlı regionlarda tədbir keçirilib

0
45

“Region Gənclərinin İnkişafına Töhfə” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Region gənclərinin Bakı 2017 IV İslam Həmrəyliyi Oyunları haqqında məlumatlandırılması” adlı layihənin icrası başa çatıb. Ağcabədi, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Oğuz və Zərdab rayonlarında həyata keçirilən layihənin məqsədi 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin əhəmiyyətini regionlarda təbliğ etmək, gəncləri beynəlxalq tədbirin ölkəmizə verəcəyi faydalar barəsində məlumatlandırmaq, oyunlar zamanı ölkəmizə gələn xarici qonaqlarla gənclərin ictimai davranış qaydalarına riayət etmələrinə yardımçı olmaq, Azərbaycanın idman tarixini və Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildiyi gündən bugünədək ölkə idmanının keçdiyi uğurlu yolları gənclərə çatdırmaqdır.

İştirakçıların böyük marağına səbəb olan görüşlər diskussiya şəraitində keçib və gənclərin fəallığı ilə yadda qalıb. Layihənin icra olunduğu rayonlarda gənclərin sıx toplaşdığı yerlərdə əlavə görüşlər keçirilib və maarifləndirici təbliğat vasitəsi ilə xeyli sayda gənclər layihə barədə məlumatlandırılıb.

region1

region2