Zərdablı balası “O səs Türkiyə”də münsifləri heyran etdi -VİDEO

0
49

 

“O səs Türkiyə”də daha bir azərbaycanlı yarışmaçı səhnəyə çıxıb. Zerdab.com saytı xəbər verir ki, Zülfü Əsədzadə musiqisi Cahangir Cahangirov, sözləri Zeynal Cabbarzadəyə aid olan “Ay qız” mahnısını səsləndirib. O, ifasıyla münsiflərin dördünü də özünə tərəf döndərib. Z. Əsədzadə qeyd edib ki, o, Azərbaycanda əməkdar artist Aybəniz Haşımovanın “Bülbüllər” qrupunun solistidir. Münsiflər çıxışıyla hər kəsi heyran edən Zülfünü komandalarına cəlb etmək üçün müxtəlif vədlər veriblər. O, sonda Gökhan və Hakan qardaşlarını seçib.

TV8-də Acun İlıcalının aparıcılığı ilə təqdim olunan proqramın münsiflər kürsüsündə Sibel Can, Murad Boz, Hadisə, Gökhan və Hakan Özoğuz qardaşları oturub.

Zerdab.com saytının məlumatına görə, Zülfü Əsədzadə əslən Zərdab rayonunun Təzəkənd kəndindəndir. Bu barədə saytımıza onun qohumu, Zərdab rayon sakini Aruz Cavadov məlumat verib.

Onun sözlərinə görə, Zülfü Əsədzadənin atası Əsədov Sabit Əsəd oğludur. Sabit müəllim Zərdab rayonunun Təzəkənd kəndində doğulub, boya-başa çatıb. Hazırda Bakıda şəhərində yaşayırlar. Zülfü Əsədzadənin uğuru Zərdab rayonunda da sevinclə qarşılanıb.

Zerdab.com

https://www.youtube.com/watch?v=gMSuqQPYEcY

https://www.youtube.com/watch?v=YnfKjGNpHAc