Zerdab.com saytına dəstək üçün bank hesabı açılıb
Əziz həmyerlilər, əziz dostlar – 2010-cu ildə fəaliyyətə başlayan Zerdab.com saytı artıq 6 yaşındadır. Bu günə kimi saytın fəaliyyət göstərməsi, bağlanmaması üçün Zerdab.com ailəsi olaraq əlimizdən gələn hər şeyi etmişik. Həm bu sayt üçün təmənnasız çalışmışıq, həm də öz vəsaitimiz hesabına bütün xərclərini ödəmişik. Saytımız bu günədək heç bir yerdən maliyyələşməyib, heç bir gəliri olmayıb. Son 2 ildə saytın domain və hosting pulunu 2 dəyərli həmyerlimiz öz təşəbbüsü ilə könüllü ödəyib. Bu il də saytın domain və hosting pulunun ödənilməsinin vaxtı yetişib. Lakin saytın əməkdaşlarının buna imkanı çatmır. Bir çox həmyerlilərimizin təklifi və istəyi ilə sayta dəstək məqsədi ilə bank hesabı açılıb. Saytımızın bundan sonra da fəaliyyətini davam etdirməsini və digər problemlərinin həll olunmasını istəyənlər, Zerdab.com-a dəstək üçün fotoda göstərilən hesaba “Milli ön” vasitəsi ilə pul ödəyə bilərlər.
Hesaba məbləği “Milli ön”də “Banklar” yazılan bölümə daxil olub, “Bank respublika”nı seçib əvvəl kodu 380194401153403901 sonra vəsiqənin seriya nömrəsini 15711424 yığıb yükləyə bilərsiniz.
Öncədən təşəkkürlər. Zerdab.com ailəsi.