Zərdabda referendumun gedişini 495 müşahidəçi izləyir – FOTOLAR

0
60

Zərdablılar Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan dəyişikliklərlə bağlı keçirilən referendumda fəallıq nümayiş etdirirlər. İnsanlar səhər saat 8:00-dan etibarən məntəqələrə gəlir, azad və şəffaf şəkildə öz konstitusion hüquqlarından istifadə edirlər.

Bu mühüm siyasi kampaniyaya ciddi hazırlıq hər yerdə səsvermənin qanuna uyğun, demokratik və şəffaf keçməsinə imkan verir. 92 saylı Zərdab-Ucar seçki dairəsi dairə seçki komissiyasının sədri Mehdi İsmayılov  bildirib ki, rayon üzrə 48 məntəqədə səsvermə siyahılarından tutmuş bütün seçicilərin, xüsusilə ilk dəfə səs verənlərin maarifləndirilməsinədək təlimata uyğun olaraq ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib. Hazırda kampaniyada siyahıya rayon üzrə səsvermə hüququ olan 41066 nəfər daxildir. Səsvermədə şəffaflığın təmin edilməsi məqsədilə bütün zəruri işlər görülüb. Referendumun gedişini 495 müşahidəçi izləyir. 8 məntəqədə veb-kamera quraşdırılıb.

Qeyd edək ki, ilk saatlardan etibarən seçicilər fəallıq nümayiş etdirirlər. Saat 10:00-dək səsvermədə 6232 nəfər iştirak edib.

Zerdab.com