Zərdab Rayon Mədəniyyət Evində seçicilərlə görüş keçirilib – FOTOLAR

0
44

Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun Zərdab rayon şöbəsi rayonun Mədəniyyət evində seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatının sədri, “Yeni Azərbaycan” təşviqat qrupunun Zərdab rayon şöbəsinin rəhbəri Pərvin Mahmudova açaraq keçiriləcək referendumla bağlı fəal təbliğat işlərinin aparıldığını bildirib.
Zerdab.com saytına verilən məlumata görə, “Yeni Azərbaycan” təşviqat qrupunun “Həmrəy olaq, HƏ deyək!” şüarı ilə təbliğat kampaniyasına start verdiyini deyən P.Mahmudova Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərin ölkəmizin gələcək inkişafında mühüm rola malik olacağını qeyd edib. 
Daha sonra “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupunun üzvləri, Millət vəkilləri Jalə Əliyeva, Elman Nəsirov, Vüsal Hüseynov çıxış edərək, Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verdilər. Natiqlər qeyd etdilər ki, Konstitusiyamıza təklif olunan əlavə və dəyişikliklər Azərbaycanda idarəetmənin keyfiyyətcə yeni mərhələyə daşınması baxımından, eyni zamanda, ölkəmizin təhlükəsizliyinin təminatında və insan hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayacaq. Tədbirdə “Yeni Azərbaycan” təşviqat qrupu Zərdab rayon şöbəsinin üzvləri Vüsalə Kərimova, İsaməddin Əhmədov çıxış edərək, Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə Zərdablıların mütəşəkkilliklə səs verəcəklərini bildirdilər.

Zerdab.com

yap-1yap-2yap-4yap-5yap-6yap-8yap-9yap-7