Zərdab rayonunun daha bir kəndinə təbii qaz verildi – FOTOLAR

0
55

İyulun 13-də Zərdab rayonunun Məlikumudlu kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Zerdab.com saytı “Socar”a istinadən xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 249 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 20 min 834 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, abonentlərin mənzillərinə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Sakinlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sevinc Vaqifqızı

Zərdab-Məlikmudlu Zərdab-Məlikmudlu