Zərdab-Mollakənd yolunun dağılmış hissələri yenidən qurulur-FOTOLAR

0
60

 

Zərdab-Mollakənd avtomobil yolunun dağılmış hissələri təmir olunur. Bu barədə Zerdab.com saytı məlumat yayıb. Xəbərə görə, yolun həm Zərdab rayonuna, həm də Kürdəmirə aid olan hissələri bərpa olunur. Yolun Zərdaba aid olan hissəsində vəziyyət demək olar ki, qənaətbəxşdir.

Məlumat üçün bildirək ki, Zərdab-Mollakənd yolu 20 min nəfərdən çox əhalinin yaşadığı 16 kəndi əhatə edir və ümumi uzunluğu 43 kilometrdir. Bu yolun istifadəyə verilməsi ilə Zərdabla Bakı şəhəri arasındakı məsafə təqribən 40 kilometrə qədər azalmış olub.

Yolun bərpa olunmuş hissəsindən fotoları təqdim edirik.

Zerdab.com

Yol təmiriYol təmiriYol təmiriYol təmiri