Zərdabda vəhşi heyvanlar fərdi təsərrüfatlara hücum edib

0
56

Zərdab rayonunda sakinlərin fərdi təsərrüfatı vəhşi heyvanların hücumuna məruz qalıb.

Son günlərdə Zərdabınmərkəzi küçələrinə hücum edən tülkülər 50-dən artıq  toyuq-cücəni tələf edib. Rayon sakini Vüsal Rəhimov hətta iş otağına belə tülkünün girdiyini deyir. O, dünən axşam saatlarında Zərdabın mərkəzi küçəsində yerləşən iş otağında qəflətən tülkünün olduğunu görüb. Əvvəl bir qədər həyəcanlansa da, sonra ona hücum etmək istəyən tülkünü otaqdan çıxarıb. V. Rəhimov bir neçə gün əvvəl tülkülərin onun fərdi təsərrüfatına hücum edərək 20-dən artıq, qonşuluqda yaşayan Əlövsət Talıbovun ilə 30 toyuq-cücəsini tələf etdiyini deyib.

Sakinlər əvvəllər vəhşi heyvanların adətən kəndlərə hücum etdiyini, son zamanlar isə daha çox səhərin mərkəzi küçələrində göründüklərini bildirirlər.APA