Zərdabda “Əsl İslam və İslamafobiya” layihəsi çərçivəsində tədbir keçirilib

0
54

Zərdab rayonu25 may 2016-cı il tarixdə “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Zərdabda “Əsl İslam və İslamafobiya” layihəsi çərçivəsində tədbir keçirildi. Zerdab.com-a verilən məlumata görə, çoxsaylı gənclərin, dini icma rəhbərlərinin, idarə müəssisə və təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Zərdab rayon İcra Hakimiyyəti Başçısının müavini, ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Əmirəliyeva açaraq ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bir çox sahələrə olduğu kimi dini sahəyə də göstərilən diqqət və qayğıdan bəhs etdi.
Tədbirdə çıxış edən “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Elçin Manafov layihənin məqsədi barədə iştirakçıları məlumatlandıraraq, ölkəmizdə tolerant mühütin inkişafından, bütün dini ayinlərin sərbəst şəkildə icra olunmasına yaradılan şəraitdən danışdı.
Çıxış edənlərdən Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev, İlahiyyətçi ekspert Müşviq Nəcəfov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov layihə çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən danışaraq, gənclərin bu sahədə maarifləndirilməsinin, İslam dininin düzgün şəkildə təbliğ edilməsinin dini radikalizmin yayılmasına qarşı mühüm vasitə olduğunu qeyd etdilər.

Sevinc Vaqifqızı

Zərdab rayonu Zərdab rayonu Zərdab rayonu Zərdab rayonu Zərdab rayonu Zərdab rayonu