Zərdab rayonunun Körpükənd kəndinə təbii qaz verildi

0
61

Zərdab rayonunun Körpükənd kəndinə yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilmişdir. Zerdab.com saytı xəbər verir ki, kənddə 23 min 247 paqonometr daşıyıcı və paylayıcı xətt çəkilmiş, 254 evə sayğac quraşdırılmışdır.
Açılış mərasimində çıxış edən Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev kənd sakinlərini bu əlamətdar gün münasibətilə təbrik etmişdir. Qeyd olunmuşdur ki, hazırda rayonun digər kəndlərində də qazlaşma işləri sürətlə davam etdirilir.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Sonra inşaat işlərində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr təqdim olunmuşdur.
Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılmışdır.
Açılış mərasimində Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov iştirak və çıxış etmişdir.

Sevinc Vaqifqızı

Körpükənd