Zərdabı təmsil edən komanda qalib gəlib

0
52

14 may 2016-cı il tarixdə “Multikulturalizm ili” həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununda Zərdab rayonunun komandası Şamaxı, Kürdəmir, Göycay, Ucar, Qobustan və Ağsu komandalarına qalib gələrək, avqust ayında Bakıda keçirələcək Breyn Rinq yarışına vəsiqə qazanıb. Məktəbin müəllimi Rauf Rəhimovun Zerdab.com saytına verdiyi məlumata görə, yarışda H. B. Zərdabi adına 1 saylı liseyin şagirdləri Rəsulzadə Raul (kapitan), Məmmədzadə Vaqif və Sufanzadə Tural kubokun rayonumuza gətirilməsində böyuk əmək sərf ediblər. Bu münasibətlə 17 may 2016-cı il tarixdə məktəbdə təntənəli tədbir keçirilib, növbəti yarışda onlara uğurlar arzulanıb.

Zerdab.comZerdabZerdab