Zərdab Elektrik Şəbəkəsinin əməkdaşını elektrik cərəyanı vurub.
APA-nın yerli bürosunun xəbərinə görə, Zərdab Elektrik Şəbəkəsində işləyən rayonun Yarməmmədbağı kənd sakini, 1984-cü il təvəllüdlü Qoşqar Mahmud oğlu Vahidov iş vaxtı ehtiyatsızlıq edib. Nəticədə onu elektrik cərəyanı vurub. Ağır vəziyyətdə Zərdab Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Q. Vahidova oradan təcili tibbi yardım maşını ilə Bakıya aparılıb. Zərdab Elektrik Şəbəkəsinin müdiri faktı təsdiqləyib, məzuniyyətdə olduğu üçün hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi barədə hələlik dəqiq məlumatı olmadığını bildirib. Faktla bağlı araşdırma aparılır.