Qoruqbağı kəndindəki uşaq bağçasında maraqlı tədbir olub

0
53

Qoruqbağı Kənd Körpələr evi-uşaq bağçasında “Nağıl Günü” keçirildi. Tədbir 6 saylı Qoruqbağı Kənd Kitabxanası və Qoruqbağı Kənd Diyarşünaslıq klubu ilə birgə təşkil olunmuşdu. Tədbiri giriş sözü ilə bağçanın müdiri Aygün Mirzəyeva açdı və uşaqları məlumatlandırdı. 6 saylı kitabxananın müdiri Rəsmiyyə Əhmədova uşaqlara “Qoğal”, “Şəngülüm, Şüngülüm, Məngülüm” nağıllarını danışdı. Kitabxanaçı Təbəssüm Xəlilova vətenə, vətənpərvərliyə aid şeirlər oxudu. Multumedia mütəxəssisi Gülər Allahverdiyeva da uşaqlara nağıllar, maraqlı hekayələr oxudu. Diyarşünaslıq klubunun müdiri Hicran Manafova da öz növbəsində uşaqlara çoxlu tapmacalar, hikmətli sözlər öyrətdi.

Diyarşünaslıq klubunun mədəni təşkilatçısı Şəfəq Eyvazovanın da uşaqlara oxuduğu nağıllar maraqla qarşılandı.

Baxçanın fəal uşaqlarından Bağızadə Zərifə, Abbaszadə Fatimə, Eyvazov Eltun şeirlər oxudular.

Qoruqbağı kəndi, 6 saylı kitabxananın əməkdaşı

Qoruqbağı kəndiQoruqbağı kəndiQoruqbağı kəndiQoruqbağı kəndi