İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişi həyata keçirilib.
Bürodan APA-ya verilən məlumata görə, İSB tərəfindən 16 İyul 2013-cü il tarixində, saat 17:00 radələrində, Zərdab-Ağdaş avtomobil yolunun 18-ci km-də baş vermiş yol-nəqliyyat hadisəsində, ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan vətəndaşına 5000 manat məbləğində kompensasiya ödənişi verilib.