Zərdabda vətəndaşlar şəxsiyyət vəsiqələri ilə təmin edilib

0
78

Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlılıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

DİN-in mətbuat xidmətindən bildiriblər ki, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə növbəti tədbirlər Zərdabda keçirilib.

Səyyar xidmətlər zamanı Zərdab rayonunda 68 vətəndaş şəxsiyyət vəsiqələri ilə təmin olunub.

Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Zerdab.com