Kainatdakı möhtəşəm sənət, hikmət və nizam təsadüfü rədd edir. Bu böyük həqiqəti riyaziyyatın bir sahəsi olan “Ehtimallar Nəzəriyyəsi” ilə də göstərmək mümkündür. Bir anlığa dünyanın təsadüfən meydana gəldiyini təsəvvür edək. Bu sahədə mövcud olan nəzəriyyələrə görə Günəşdən ayrılan planetlərin kosmosda yerləşməsi üçün sonsuz sayda yer var. Bu yerlər arasında dünyanın tutduğu yer isə birdir. Elə isə dünyanın heç bir planet-lə toqquşmadan indiki yerində yerləşməsi ehtimalı sonsuzda birdir. Bu isə sıfır deməkdir. Ehtimalı sıfır olan hadisələr qeyri-mümkün olduğu üçün bütün bunların təsadüfən baş verməsi də qeyri-mümkündür. Halbuki dünyanın istər öz oxu, istərsə də günəş ətrafında sürətlə fırlanması, bu böyük sürətə baxmayaraq həyatın öz axarı ilə davam etməsi, gecə-gündüz, yaz-payız, yay-qış hadisələri kamil elmin və sonsuz qüdrətin ifadəsidir. Çünki dünyanın istər sürətində, istərsə də orbitində ən kiçik bir dəyişiklik bütün varlığın bir göz qırpımında məhv olması deməkdir. Elə isə burada təsadüfdən söhbət gedə bilməz və bu nizam yalnız və yalnız Sonsuz Qüdrət Sahibiin iradəsi ilə mümkündür…
Məsələyə aydınlıq gətirmək üçün bir misal da verək. İçərisində 29 hərf olan bir torba təsəvvür edək. Bu torbadan çıxardığımız hərflərlə “nizam” sözünü yazmağa çalışaq. Hər dəfə çıxardığımız hərfi yenidən torbaya qoyaq. Bu sistemlə “nizam” sözünün yazılmaq ehtimalını hesablasaq, bu ehtimalın on dörd milyon iki yüz əlli min altı yüzdə birə (1\14.250.600) bərabər oluğunu görərik. Beş hərfli 14 sözün bir abzasda yazılmaq ehtimalı isə 0,7-yə bərabərdir ki, bu da təqribən sıfır deməkdir. Yəni belə bir şeyin mümkün olması istisnadır. Əgər belə bəsit bir şeyin təsadüfən olması mümkün deyilsə, kainat kitabının yaradılması təsadüf ola bilərmi?