Mələklər haqqında bilmədiklərimiz

0
85

Mələklər “nur”dan yaradılmış, lətif məxluqlardır. “İmtahan”a tabe olmadıqları üçün mövqeləri sabitdir. Tək ilahi əmrlərə itaət edərlər. Daim xeyir işlər, verilən əmrin xaricinə əsla çıxmazlar. Şər qabiliyyətləri yoxdur.

Kainatdakı maddi, mənəvi bütün işlərdə dərhal vəzifəlidirlər. Hər varlığın özünə vəkil edilmiş bir mələyi vardır. Etdikləri işlərin əhəmiyyətinə görə dərəcələri də bir-birindən fərqlidir. Ən böyükləri Həzrəti Cəbrayıl, Mikayıl, İsrafil və Əzrail (ə.s.)-dır. Günəş və bənzəri ulduzların bir mələyi olduğu kimi, hər bir yağış dənəsinin də bir mələyi ilə daşındığı hədislərdə izah edilməkdədir.

Daim insanla birlikdə olan mələklər vardır. Bunların bir qismi, insanların savablarını və günahlarını yazarlar. Bunlara “kiramən katibin” deyilir. İnsan təkbaşına qaldığı zaman belə tək deyil, bu mələklərlə birlikdədir. Bu mübarək yoldaşların varlığını iman ilə hiss edən adam əsla təklik çəkməz.

Bizimlə əlaqədar mələklərdən biri də Əzrail (ə.s.)dır. O, dünya həyatında ikən ölüm anında görə biləcəyimiz tək mələkdir. Ən qiymətli varlığımız olan ruhumuzu əmanət alar, axirət aləminə aparar. O, qorxulmağa deyil, sevilməyə layiq əmin bir əmanətçidir.

Qəbir aləmində bizi iki mələk qarşılayar: Münkər və Nekir. Bir yanaşmaya görə, “münkər və nekir” bir mələk növünün adıdır ki, hər adamın qəbrinə bunlardan ikisi göndərilər. İmana və ibadətə dair suallar soruşarlar. Veriləcək cavaba görə qəbir əzabı və ya səadəti başlar. Həyatı, iman dairəsində istiqamətlə keçmiş bir insan üçün bu iki mələk qəbirdə “nurani bir yoldaş”dırlar. Onu qəbrin təkliyindən və dəhşətindən qurtararlar.

Böyük mələklərdən olan Cəbrayıl əleyhissalam isə Cənabı Haqqın, qullarına əmr və qadağanlarını bildirər; xəbərlər gətirər. Etibarlı bir elçidir.

İsrafil əleyhissalam “yenidən həyat vermə” hərəkətində vəzifəlidir. Rəbbimizin “həyat vermə” ilə əlaqədar əmr və iradəsini tətbiq edər. Xüsusilə, bahar aylarında görülən dirilişdə “Muhyi” adının təcəllisinə vəsilə olar. Ölümdən sonrakı dirilişimizdə də yenə bu mələk vəzifəlidir.

Mikayıl əleyhissalam isə ruzilərin yetişdirilməsində və paylanmasında ilahi əmrləri tətbiq edən böyük mələkdir.

Burada adını xatırladığımız böyük mələklər eyni vəzifəni edən mələk növlərinin rəisləri hökmündədirlər. Məsələn, İsrafil əleyhissalam “diriliş” əmrini icra edən mələklərin komandiridir. Əzrail əleyhissalam “eyhamda” yəni “öldürmə” əmrini yerinə yetirən mələk tayfasının başçııdır…

Mələklərdə cüzi iradə var? Varsa, insanın cüzi iradəsindən fərqi nədir?

Cüzi iradə mələklərdə də var, amma insandakından çox fərqlidir. Cəbrayıl (ə.s.) ona verilən bir ilahi əmrin gərəyini cüzi iradəsiylə yerinə yetirər. İlahi bir əmri başqa mələklərə yenə iradəsiylə təbliğ edər. Bu fərqlə ki, onda əmrin ziddinə hərəkət etmə iradəsi yoxdur və insan iradəsindən bu istiqamətiylə ayrılar.

Bu da var ki, mələklər dərəcələrinə görə bir anda çox yerlərdə ola bilər və fərqli nə qədər işləri birlikdə idarə edə bilərlər. Yenə də bu iradələri mütləq deyil, məhduddur; ancaq müəyyən hüdudlar arasında edə bilərlər. Bu fəaliyyətlərində Allahın külli iradəsinin bir cilvəsini sərgiləyərlər.