Zərdabda vəhşi heyvalar kəndə hücum edib

0
43

Zərdabda vəhşi heyvalar kəndə  hücum edib. APA-nın xəbərinə görə, hadisə rayonun Alıcanlı kəndində baş verib. Kənd sakini Murtuzəli Qasımovun fərdi təsərrüfatındakı mal-qaraya hücum edən canavarlar 1 baş buzovu  parçalayaraq  tələf ediblər. Sakinlərin sözlərinə görə, son zamanlar analoji hadisələr tez-tez baş verir. Buna səbəb isə  Alıcanlı kəndinin meşəliklə əhatə olunmasıdır. Zərərçəkənlər bu cür halların qarşısını almaqda aciz olduqlarını deyirlər.