33 və 42 yaş arası olan cinayətkarların hamısı saxlanılıb. Sankt-Perterburq polisinin verdiyi xəbərə görə, sentyabr ayının 15-nə keçən gecə azərbaycanlının itkin düşməsi barədə polisə onun həyat yoldaşı xəbər verib.
Aparılan istintaq tədbirləri nəticəsində Arman Arakelyan, Aşot Orbelyan və Qayk Tadevosyan saxlanılıb. Digərinin adı isə hələlik açıqlanmır. İstintaq məlumatına görə, öldürülən ilə ittiham olunanlar arasında “Şaşlıçnıy dvorik” kafesində münaqişə baş verib.
Münaqişə nəticəsində ermənilər birləşərək azərbaycanlını döyüb və daha sonra onu “Volkswagen Touareg” avtomobilinin baqajına qoyaraq Krasnıy Bor qəsəbəsinə aparıblar. Burada boş sahədə Arakelyan həmyerlimizə 15 bıçaq zərbəsi vuraraq onu qətlə yetirib.
Bundan sonra ermənilər cəsədi basdıraraq, onun avtomobilini yandırıb. Arman Arakelyan, Aşot Orbelyan və Qayk Tadevosyana insan oğurluğu və qətlə yetirmək maddələri ilə ittiham elan olunub.
Hadisə nəticəsində azərbaycanlı keçinib. Azərbaycanlı bazarda erməninin öz həmyerlisindən 0,5 kiloqram çiyələk oğurladığını görüb və onu oğurluğa görə məzəmmət etməyə başlayıb. Bu səbəbdən onların arasında mübahisə baş verib.
Mübahisəyə R.Mehdiyev müdaxilə edib. Ərazidən uzaqlaşan erməni az sonra hadisə yerinə bıçaqla silahlanmış üç həmyerlisi ilə dönüb. Onlardan biri dava zamanı bıçağı Rahilin ürəyinə sancıb. Ermənilər hadisə yerindən qaçarkən azərbaycanlının üzərindən qızıl boyunbağını və digər qiymətli əşyaları götürüblər.