Lütvəli Babayevin qızı, nəvələri, kürəkəni və bacısı ağır qəzaya düşüb

0
63

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayevin ailəsində bədbəxt hadisə baş verib. AzNews.az xəbər verir ki, icra başçısının bacısı Kamilə Babayeva Ucar rayonu ərazisində ağır yol qəzası keçirib. Qəzaya düşən “Toyota” markalı avtomobildə K.Babayeva ilə yanaşı, yeznəsi və qızı olub.
Yaralılar xüsusi vertolyotla Bakıya gətiriliblər. Gömrük Hospitalına yerləşdirilən yaralılardan başçının bacısının vəziyyəti çox kritik qiymətləndirilir. Hazırda icra başçısı və ailə üzvləri xəstəxanadadırlar.

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev ailəsində baş verən bədbəxt hadisədən danışıb: “Qəza zamanl nəvələrim də maşında olub. Lakin onların vəziyyəti yaxşıdır. Hazırda evdədirlər. Yeznəm də müayinə olunub, hazırda palatadadır, vəziyyəti normaldır. Bacımın vəziyyəti də düzəlmək üzrədir, qolundan əməliyyat olunub”.

Qəzaya düşən “Toyota” markalı avtomobildə L.Babayevin bacısı Kamilə Babayeva ilə yanaşı, yeznəsi, qızı və nəvələri olub.

Allah şəfa versin.