Zərdab rayon sakini intihar edib

0
128

Zərdab rayon sakini intihar edib. Bu gün gündüz saatlarında rayonun Məlikli kəndində kənd sakini, 1963-cü il təvəllüdlü  Yaşar Müzlü oğlu Həsənov yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Məlumata görə, mərhum qonşu Sarıqaya kəndində rus dili müəllimi işləyib. Səhhətində yaranmış psixi problemlə bağlı bir neçə il əvvəl məktəbdən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılır.