Zərdaba qohumunun toyuna gəlirdi – qəzada öldü

0
68

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Zerdab.com-un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, fevralın 26-da saat 06 radələrində paytaxtın Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini Tapdıq Allahverdiyev idarə etdiyi “Lada” markalı avtomobili yolun kənarında dayanmış Azər İbrahimova məxsus “KamAZ” markalı avtomobilə vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş T. Allahverdiyev orada ölüb.

Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məlumata görə, Tapdıq Allahverdiyev əslən Zərdab rayonundandır. T. Allahverdiyev Zərdaba yaxın qohumlarının toy məclisinə gələrkən qəzaya düşüb. Mərhumun 27 yaşı var idi. Allah rəhmət eləsin!