Zərdab rayonunun Birinci Alıcanlı və İkinci Alıcanlı kəndlərinə yeni çəkilmiş qaz xəttinin açılış mərasimi keçirilib. Kəndlərdə 327 evə sayğac quraşdırılıb. Açılış mərasimində çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rəhman Feyzullayev hər iki kəndin sakinlərini bu əlamətdar hadisə münasibətilə təbrik edib. Qeyd olunub ki, hazırda rayonun digər kəndlərində də qazlaşma işləri sürətlə davam etdirilir.
Sonra inşaat işlərində fəallıq göstərən bir qrup işçiyə qiymətli hədiyyələr təqdim olunub. Mərasimin sonunda mavi yanacağın verilişini bildirən rəmzi məşəl alovlandırılıb. Açılış mərasimində Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Elməddin İbrahimov iştirak edib.